Yanvar 2017

HƏFTƏSONU DANIŞIQLAR: İLHAM OSMANOV

03 Fev 17

YARAT Müasir İncəsənət Məkanı YARAT daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni danışıqlar platforması təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq.  


Fevral soyuqları bizim ənənəyə çevrilmiş “YARAT Müzakirələri” layihəsini təxirə sala bilməz. İlkin format dəyişdirilsə də (yaxşıya doğru gedəcəyinə ümid edirik) əsas məqsəd dəyişdirilməyib - tanınmış simalara müraciət edərək, YARAT Mərkəzinin mövcud sərgilərini mülahizə etmək, müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaqdır.

Bu həftə cümə tədbirimizin qonağı Latin Amerika rəqslərinin ustadı, Bakıda ilk Argentina tanqosu məktəbini olan IN Tango, «BUTA Dance» rəqs studiyasının və Ilham Osmanov Dance и Art Studio-nun təsisçisi və rəhbəri İlham Osmanov olacaq.


Tarix: 3 fevral, 2017

Vaxt: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir