Mart 2018

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAYİHƏ MƏKANI: XƏYALİ ƏCNƏBİLƏR QRUP SƏRGİSİ

20 İyl - 11 Avq 17

YARAT Müasir İncəsənət Məkani, sizi böyük məmnuniyyətlə ARTIM Layihə Məkanında keçiriləcək, YARAT  rezidenti Alina Orlov (İsrail), habelə ARTIM LAB iştirakçıları Şahnaz Ağayeva, Hatəm Əlizadə, Mousa Bəyzadə, Etibar İsmayılov, İlahə Xalıqova, Aydan Mirzəyevanın  əsərlərindən ibarət Xəyali əcnəbilər adlı qrup sərgisinə dəvət edir. 


Xəyali Əcnəbilər həyatı imitasiya etmək əvəzinə, həyata bilavasitə müdaxilə etməyə çalışır. Bu sərgi, mən və digərləri arasında olan boşluğu minimuma endirməklə, diqqəti daha çox sosial, mədəni və s. kimi fərqləri, ayrıseçkilikləri istisna edən münasibətlərin qurulmasına yönəldir. Bu layihə, təsadüfi görüşlər və dialoqlar vasitəsilə qarşılıqlı anlaşma, səmimi münasibətlər və bir-birini qiymətləndirmə prosesinə başlamaqla, xəyali, nəzərdə tutulan, lakin heç vaxt təqdim olunmayan bir şəxs qismində, yad insana, digər sözlə desək, əcnəbiyə üstün gəlməyə, onu dəf etməyə çalışır. Xəyali əcnəbilər – təkcə xarici əcnəbi konsepsiyasını deyil, həm də daxili əcnəbi kimi abstrakt ideyanı da dəstəkləyə bilər. Daxili əcnəbi dedikdə, öz subyektivliyinin naməlum aspektlərini və dərinliklərini aşkara çıxarmaq məqsədilə araşdırılmaq istəyən daxili mənliyin gizli, tanış olmayan tərəfidir.


Şahnaz Ağayevanın layihəsi qədim peşə sahibləri olan fahişələri, habelə fahişəliyin yalnız məcburi əmək (insan alveri) üzərində qurulmasına dair stereotipi araşdırır. Cəmiyyət bu işdən zövq alan qadınları qəbul edirmi? Ailəsinə və sosial mühitinə inteqrasiya etmiş seks sənayesi işçilərinə dair müsbət nümunələr varmı? Rəssamın instalyasiyası hər kəsin özündə qapalı saxladığı seksual ehtiraslar və arzularının bir növ güzgüsü kimi çıxış edir.


Hatəm Əlizadənin Sən... ideal olacaqsan! adlı performansı, insanların digərlərini öz xəyallarına və gözləntilərinə uyğunlaşdırmaq məqsədilə onları hdudlaşdırması, yükləməsi və istədikləri kimi formalaşdırmaqla, ideal insan qurmağa cəhd etmələrini göstərir. Bu əsər, bir çox suallara aydınlıq gətirir. Görəsən, biz kimisə nə dərəcədə necə var elə, yaxud olduğu kimi qəbul  edə bilirik? Ya da, kiminsə əl-qolunu bağlamadan, onu məhz öz görmək istədiyimiz ideal təsvirə çevirmədən, onun şəxsiyyətinin bir sıra digər keyfiyyətlərini nə dərəcədə görə bilirik?


Mousa Bəyzadənin sənədli video əsəri, rəssamın Bakıda hicabla gəzintisini və digər insanların onun xarici görünüşünə verdiyi reaksiyasını əks etdirir. Rəssam bilərəkdən insanların diqqətini kənardan dindar kimi görünən qadının qeyri-adekvat davranışına və bundan irəli gələn ziddiyyətli ab-havaya yönəldir. Bu əsər, ictimai yerlərdə sosial və dini qaydalar, eləcə də gender rollarına dair klişeri şübhə altına qoyur.


Etibar İsmayılovun interaktiv instalyasiyası Azərbaycanın xəritəsindən ibarətdir və auditoriyadan Sənin üçün vətən haradır? sualını soruşur. İnsanlar öz qeydlərini yapışdırmaq üçün xəritənin ətrafına dəvət olunurlar. Bu əsər, faktiki olaraq diqqəti vətənin əhəmiyyətinə, onun mənasına yönəltməklə yanaşı, Azərbaycanda əmək bazarında olan mövcud duruma görə baş verən miqrasiya və digər demoqrafik məsələləri araşdırır. 


İlahə Xalıqovanın əsəri transgender problemlərini araşdırır. Sizcə, kimsə özünü yanlış cisimdə doğulduğunu hiss edirsə, nə etməlidir? Cəmiyyətdə nəzərə alınmayan xüsusiyyətlərə malik olan insanların gündəlik üzləşdiyi vəziyyətlərdən necə çıxırlar? ssamın götürdüyü müsahibə müxtəlif televiziya kanallarında nümayiş etdirilib. Eyni insan özü ilə söhbət edir, öz sözünü kəsir və öz dediklərinə şərh verir. Bu əsər, gender identikliyi və seksual oriyentasiyanın biopolyar strukturunu əngəlləyən çoxşaxəli portretə çevrilir.


Aydan Mirzəyeva Azərbaycanda tənha qəlblərlə xarakterizə olunan “köməkçi fenomenə”, elektron musiqi səhnəsinin dərinliyinə qərq edir. Müsahibələri yazmaqla və onları bu janrın nümayəndələrinə göstərməklə, rəssam çatışmayan dialoqa başlamağa və fikir mübadiləsi aparmağa çalışır.


Alina Orlovun J’accuse…! (Mən ittiham edirəm...!) adlı instalyasiyasının adı məşhur fransız yazıçısı Emil Zolyanın milliyyətcə yəhudi olan artilleriya zabiti Alfred Dreyfusun qanunsuz həbsi ilə bağlı 1898-ci ildə Fransa hökumətini günahlandıraraq, ona ünvanlandığı açıq məktubunun adından götürülüb. ssamın rezidentura dövründə ərsəyə gətirdiyi əsər, Rusiya, Azərbaycan və İsrail arasında mövcud olan ziddiyyətli mədəni lokalizasiyanın qamlarını araşdıran, ümumi mədəni, xəyali və şəxsi memuarlar üzərində qurulub. Rəssam öz əsərindən ikili gender perspektivlərinə nəzər salır. Buna misal olaraq, adətən kişilərin əl işi sayılan qaba və sərt, incə və zərif bəzək elementləri bəzədilən pəncərə barmaqlıqlarını və ya ənənəvi olaraq, qadınlar tərəfindən hazırlanan, onların istismarına tənqidi nəzər salmaq əvəzinə, daha çox qadın qüdrətinin elementlərini vurğulayan xalça ornamentlərini göstərmək olar. Həm gecə klubları, həm də saflıq ilə assosiasiya olunan göyümtül kölgəli işıqla əhatə olunan instalyasiya, diqqəti şəxsi arzu və digərinin arzu obyekti arasında, zərərçəkən və müttəhim arasında rəvan keçidə yönəldir. Rəssamın video əsəri Mən səni ittiham edirəm (I accuse you) cümləsinin müxtəlif variantlarını ifadə edərək, özünü faciəli, fatalist qadın kimi nümayiş etdirməklə tamaşaçının vuayeristik və şəhvət dolu baxışlarını özünə cəlb edir...


ARTIM haqqında

ARTIM layihə
sinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.


18 yaşına çatmayan şəxslərin sərgiyə gəlməsi tövsiyə olunmur.


Vernisaj: 20 iyul 2017 / Saat: 19:00

ssamlarla görüş: 27 iyul 2017 / Saat: 19:00

Finisaj: 11 avqust 2017/ Saat: 19:00


Sərginin müddəti: 20 iyul – 11 avqust 2017

Ünvan: İçərişəhər, Böyük Qala küçəsi, 30, 001A

Giriş sərbəstdir
İş rejimi: Cümə axşamı – Bazar, 14:00 – 20:00

Ətraflı məlumat üçün: www.yarat.az; 0125051414

Yüklənir