Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAB: MONUMENTAL ADLI BİRGÜNLÜK QRUP SƏRGİSİ

01 Dek 17

YARAT Müasir İncəsənət Məkanı sizi ARTIM LAB layihə iştirakçıları Leyla Quliyeva, Qafar Rzayev, Mousa Bəyzadə, Etibar İsmayılov, İlahə Xalıqova, Aydan Mirzəyeva və Aqil Tahirlinin "Monumental" adlı birgünlük qrup sərgisinə dəvət edir. 


rginin kuratoru avstriyalı rəssam Mixael Hirşbixler.


Abidə – bədii, daha geniş  mənada isə, mədəni ifadənin ən qədim formalarından biridir. Abidə, keçmişdə baş verən hadisələri və insanların xatirəsini əbədiləşdirmək kimi öz ilkin öhdəliyində yaddaşın bir nişanəsi, tarixin mühüm əhəmiyyət kəsb edən elementlərinin xəzinəsi sayılır. Abidə, bu vəzifədə indiki zamana keçmişin elə bir versiyasını gətirir ki, o, cəmiyyətin rəsmi hissələrinin istəyi ilə, bilavasitə həmin abidə təyin edilən təbliğatla bağlı olur. Beləliklə, abidə – təkcə keçmişə nüfuz etmir; o, həm də bilərəkdən və ya ehtiyatsızlıqdan həmin keçmişi müəyyən üsullarla indiki zamana dəyişərək, bir növ “zaman maşınına” çevrilir. Nəticə etibarilə, abidə, müəyyən keçmiş haqqında çox şeyləri demir; o, daha çox, ucaldıldığı, ərsəyə gətirildiyi zaman kəsiyi, eləcə də, hörmət və digər ehtiram elementini qoruyub saxlamaqla, müvafiq indiki zaman cəmiyyəti haqqında bəhs edir. Məhz bu səbəbdən, abidə, əksər hallarda öz tarixi görünüşünə baxmayaraq, həmişə müasir olur. Bu baxımdan, abidə, cəmiyyət, onun keçmişi, bu günü və gələcəyinin müəyyən konsepsiyası ilə heç bir bədii ifadə formasında olmadığı kimi bağlı olur. Fransız mütəfəkkiri Jorj Batay, təkamül nəzəriyyəsinə rəğmən insanları meymunlar və abidələr arasında yerləşdirərək, daha dərin araşdırmalar aparmışdır.(1) 1960-cı illərdə “lend-art” və “pop-art” cərəyanlarının tərəfdarları, abidələri gündəlik həyatlarının böyük ehtimalla tarixi və siyasi sahələrindən uzaq olan, gözlənilməz aləmlərində tapıblar.(2) Hər zaman, hər yerdə olması, cəmiyyətlərin formalaşmasında mühüm rol oynaması səbəbindən, abidə, müasir incəsənətin əsas mövzularından biri sayılır. “Monumental” sərgisi abidə və onun monumentallığının müxtəlif aspektlərini aşkara çıxarmağa və beləliklə, cəmiyyətin keçmişinin materiallaşdırılması və gələcəyinin proqnozlaşdırılmasını əlaqələndirməklə, onun mövcud durumuna dair müvafiq perspektivlər əldə etməyə çalışır.

(1) Georges Bataille, Architecture, 1929. (Jorj Batay, “Memarlıq”, 1929)

(2) Nümunə üçün bax: Robert Smithson, A Tour of the Monuments of Passaic, New Jersey, 1967. (Robert Smitson,“Passeyik abidələrinə səyahət”, Nyu Cersi, 1967)


Mikael Hirşbixlerin qısa bioqrafiyası 

Vizual rəssam Mixael Hirşbixler (d.1983) Sürix və Münhendə yaşayır və fəaliyyət göstərir. Onun fərdi və qrup sərgiləri bir çox yerlərdə nümayiş etdirilib, o cümlədən: Martin-Gropius-Bau (Berlin), Museum Helmhaus (Sürix), Haus der Architektur (Qrats), art space artQ13 (Roma), Museo Civico G. Fattori (Livorno), Villa Massimo (Roma), art space –ion+ (Sürix), Zollhaus (Lüsern), MARIA HIL F at ETH layihə məkanı (Sürix), Folium (Sürix), Gallery Karin Sachs (Münhen), Gallery A¦B¦Contemporary (Sürix) və Artifact Gallery (Nyu-York). Mikael Hirşbixler Romada yerləşən Villa Massimo institutunda rezident olub və 2018-ci ildə Parisdə Cité Internationale des Arts fondunun rezidentura proqramında iştirak etməyi planlaşdırır. 


Açılış: 1 dekabr, 2017

Saat: 19:00 

Məkan: ARTIM Layihə Məkanı 

İçərişəhər, Böyük Qala küç., 30, 001A

Giriş sərbəstdir

Yüklənir