Yanvar 2017

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

YARAT MƏRKƏZİ: FAİQ ƏHMƏD NƏ VAR, ODUR FƏRDİ SƏRGİSİ

11 Noy - 13 Fev 17

NƏ VAR, ODUR

YARAT Müasir İncəsənət Mərkəzi, Bakı, Azərbaycan

11 noyabr 2016 – 13 fevral 2017


YARAT Müasir İncəsənət Məkanı, Azərbaycan rəssamı Faiq Əhmədin "Nə var, odur" adlı fərdi sərgisini təqdim edir.


Sərginin adı – NƏ VAR, ODUR, təmkinlik hissini, keçmişdə uzun illər hər şeyin "necə var, elə" qəbul edilməsinə yanaşmanı vurğulayan qədim Azərbaycan kəlamından götürülüb. Bu, həyatla razılaşmağı və barışmağı ifadə edən mental durumdur.

Yeddi yeni təqdim olunmuş əsərlər, paytaxt Bakıdan kənarda yaşayan azərbaycanlıların sosial mühitinin araşdırılmasından qaynaqlanır. Bu əsərlər ənənəvi Azərbaycan icmalarında gender münasibətləri və sosial strukturları araşdırır. Həmin əsərlərdə Azərbaycan cəmiyyətinə xas olan rəmzi jestlər, ayinlər və inanc obyektlərin ab-havası duyulur. Bu sərgi seksuallıq və ölüm arasındakı münasibətləri araşdırmaqla, sosial qadağaları və fərdi travmaları vurğulayır.   

Faiq Əhmədin əsərləri – yox olan mədəniyyət normalarının dərk edilməsi istiqamətində qətiyyətli çağırışdır. Hər bir əsər, büsbütün qəm-qüssədən azad olmaqla yanaşı, Asiya və Avropanın, Şərq və Qərbin kəsişmələrində yer alan adət-ənənələri "Şərq təcrübələri" kimi qələmə verilir.

Sərginin girişində bir-birinin ardınca asılmış 10 pərdə, "giriş darvazasını" təmsil edir. Aramızdakı pərdə (2016) – yerli xalqa məxsus olan diqqət rəmzi, qarşıda dayanan görüntünü məhdudlaşdırır. Bu əsər, öz diqqətini Azərbaycandakı sosial reallığa yönəldir: haqqında danışa bilmədiyiniz şeyləri gizlətmək, görə bilməyəcəyinizi ört-basdır etmək. Aramızdakı pərdə - sərginin lap əvvəlində, tamaşaçının Azərbaycan cəmiyyəti üçün səciyyəvi sayılan qadağalarla üzləşməsinə qədər, onu bütün gizli məqamları sözün əsl mənasında "açıb-tökməyə" məcbur etməklə, irəlidə daha nələrlə rastlaşacağının qısa xülasəsini ifadə edir.

Azman (2016) adlı əsərdə tamaşaçını pərdənin arxasında kəllə qəndlərdən ibarət meydan gözləyir. Bərbəzəkli kəllə qənd, nikah günü oğlan evindən yeni ailə quranlara bərəkət rəmzi kimi verilən ənənəvi hədiyyədir. Azərbaycan toylarına xas olan bir çox adət və ənənələrdən biri də, ilk oğlan övladı dünyaya gələndə bu qəndin yeyilməsidir. Faiq Əhməd, məkana müxtəlif ölçülü kəllə qəndləri toplayır və onları kişi cinsiyyət orqanına (Azman) və kişinin rəmzi statusuna bənzətməklə, rəssam burada kişi enerjisi ideyasını vurğulayır. Digər tərəfdən isə, bərbəzəyin olması, qadının mövcudluğundan xəbər verir. Kompozisiyanın əsas diqqəti, ekspozisiyanın mərkəzində dayanan 2 metrlik, ən böyük, nəhəng kəllə qənd ətrafında toplaşıb. Təsvir yaxşı təşkil olunmuş, nizamlı insan izdihamını xatırladır və onu əhatə edən hamı və hər şey üçün həm nümunə, həm də əsas diqqət obyekti qismində çıxış edən vahid liderin arxasınca gedən, kişilərin dominant rol oynadığı mərkəzləşdirilmiş cəmiyyət modelini ehtiva edir. 

Azman əsərinin qonşuluğunda yerləşən Bakirə (2016) əsəri əllə toxunmuş xalçadan ibarətdir. Təkcə əsərlərin adları, sərginin elə ilk otağında bilavasitə intim yaxınlığı dərk etmək üçün kifayət qədər eyham vurur. Bakirə – tədricən sıx, qalın qırmızı kütləyə çevrilən ənənəvi çalara malik xalçaçılıq nümunəsidir. Bu əsər, Faiq Əhmədin tekstildən hazırladığı orijinal əsərlər silsiləsini davam etdirir və ənənəvi əl işləri, kustar təcrübələrdə "gizlədilmiş" kişi-qadın, gender münasibətləri ilə bağlı gizli saxlanılan ənənəvi "hekayələri" aşkara çıxarır. Xüsusi olaraq, sözügedən əsər, qızın ər evinə, ailəyə gətirdiyi sərvətin bir hissəsi kimi, mükəmməl parçanı/xalçanı hazırlayan, ərə getməmiş qızların əvvəlki təcrübəsini əks etdirir. Digər sözlə, bu əsər, bakirə qızın qadına çevrilməsini ehtiva edir. 

Sərginin ikinci hissəsində bir qədər daha mürəkkəb əsərlər var və bu hissə, piramida şəklində üst-üstə qoyulmuş 9 ədəd ağ döşəkdən ibarət Doqquz gecə (2016) adlı əsər ilə başlayır. Bu əsər, əsas diqqəti qız uşaqlarının gələcəkdə onları gözləyən ər üçün hazırlanmasının bir hissəsi kimi, onlar üçün uşaqlıq dövründən başlanaraq döşək də daxil olmaqla, ev əşyalarının yığılması (cehiz) kimi yerli ənənəyə yönəldir. Əsər qadınların əvvəlcədən müəyyən edilmiş, tale hökmlü həyatını, onların cəmiyyətdə əsas vəzifə və öhdəliklərini vurğulayır. Minimal və bir qədər poetik dildə, Faiq Əhməd bu təcrübənin heç zaman dəyişməyən, həmişə mövcud olan və bundan sonra gələn nəsillər üçün də mütləq təcrübə kimi qalacağını vurğulayır.

İpək Yolu (2016) əsəri qadının cəmiyyətdə tutduğu mövqeyi araşdırır. İpək kəlağayılar ənənəvi olaraq kişilər tərəfindən hazırlanır və qadınlar tərəfindən geyinilir. Qadınlar insanlar arasından olarkən kəlağayıdan istifadə edir və öz gözəlliklərinin bir elementi saçları qismən onunla gizlətməyə çalışır. İpək Yolu – xam ipəyi nəfis ipək kəlağayı ilə yanaşı qoyur, bakirə qızın qadına çevrilməsi, kişilərə rəğmən öz xarici görkəmindən daha çox narahat olması və bundan xəbərdar tutmasına eyham vurur.

Rəssamın növbəti əsəri Cəmiyyət anatomiyası (2016) filmi, Azərbaycanın ənənəvi xalçaçılıq nümunələri üçün səciyyəvi olan simmetriyadan istifadə edən düzbucaqlı yaşıl və qırmızı parça ilə çərçivəyə salınmış bədii-estetik tərtibatı əks etdirir. Mərkəzdə yerləşən ağ çadır, kənd yerlərində həm toylar, həm də yas mərasimləri üçün istifadə edilən memarlıq fonlarını xatırladır. Bu da, bir qayda olaraq Azərbaycan toyları və ya yaslarında icra edilən ayinlər, hərəkətlər və jestlər külliyyatından təşkil edilmiş qrup rəqsləri ilə müşayiət olunur. Rəqs edənlərin kimliyi naməlum qalır (görüntü yalnız yuxarıdandır) və Azərbaycanın ənənəvi xalçaçılıq nümunələrində bir-birinə bənzər insan obrazını təmsil edilməsi kimi, ayrı-ayrı şəxsiyyətlər deyil, bilavasitə ümumi ictimai-sosial quruluşu xarakterizə edir. Sadə və tərpənməyən üst-görüntülü kameradan istifadə etməklə və səsin mövcudluğundan imtina etməklə,  Faiq Əhməd geniş miqyaslı "canlı xalçanı" əks etdirir. 

Sərginin son nöqtəsi kimi, ekranın arxasında "gizlənən" Kiçik toy (2016) əsəri, əlçatmaz hündürlükdən asılmış silsilə rəsmlərdən ibarətdir. 7 rəsm əsəri, oğlan uşağının "kiçik toy" kimi adlanan mərasimin təntənə ilə bayram edilməsini əks etdirir. Bu mərasim, Azərbaycanda adət-ənənələrdən biri olan oğlanların sünnət edilməsinə təsadüf edir. Bu bayramda əsasən oğlanın öz həyatının yeni mərhələsinə, "kişilik" dövrünə qədəm qoymasının qeyd edilməsinə baxmayaraq, Faiq bu bayramın tam əks tərəfini göstərir. O, diqqəti sünnət prosesinin fərdi qaydada oğlanın həyatında acılı, şəxsi və ağrılı təcrübə olmasına yönəldir. Rəsmlər çərçivədə olsa da, kiçik pərdə arxasındakı məzmunu gizli saxlayır. Tamaşaçı yalnız kiçik nərdivana qalxaraq əsəri görə bilər. Bu təqdimat, cəmiyyətdə həll edilməsi çətin olan mövzuya toxunur və hər hansı fərd və onun yaşadığı sosial quruluş arasında münasibəti araşdırır.


Rəssam haqqında:

Faiq Əhməd (1982, Sumqayıt) 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Heykəltəraşlıq" fakültəsini bitirib. 2007-ci ildə Azərbaycanı Venesiya Biennalesində ilk milli pavilyonda təmsil edib və 2013-cü ildə "Love Me, Love Me Not" sərgisində iştirak edib. Faiq Əhməd öz əsərlərini dünyanın bir çox yerində, o cümlədən Nyu-York, Paris, London, Berlin, Dubay, Moskva və BƏƏ-də keçirilən bir sıra qrup və fərdi sərgilərdə nümayiş etdirib. 2013-cü ildə rəssam Londonun tanınmış Viktoriya və Albert Muzeyinin "Jameel Prize 3" mükafatına layiq görülüb. Faiq Əhmədin əsərləri Los-Anceles Dairəsi İncəsənət Muzeyində və Sietl İncəsənət Muzeyi, Palm Springs İncəsənət Muzeyinin ictimai kolleksiyalarında, həmçinin Qərb Kolleksiyası (Filadelfiya), Bet Rudin De Vudi kolleksiyası (Nyu-York) Galila’s kolleksiyası (Brüssel), Ranza kolleksiyası (Roma), Jameel Fondu (London) və Zati-aliləri Şeyx Zayed bin Sultan Xəlifə Əl-Nahyanın (BƏƏ) şəxsi kolleksiyalarında saxlanılır. Təkcə bu il Faiq Əhmədin əsərləri Boston Təsviri Sənət Muzeyi, Belvyu İncəsənət Muzeyi, Klivlend Müasir İncəsənət Muzeyi, Miluoki Rəssamlıq və Dizayn İnstitutu, Sidney Tətbiqi İncəsənət və Elmlər Muzeyi və Hobart şəhərində (Tasmaniya, Avstraliya) yerləşən Qədim və Müasir İncəsənət Muzeyində (MONA) nümayiş etdirilib. Faiq Əhməd Bakıda yaşayır və fəaliyyət göstərir.


Sərginin kuratoru Björn Geldhofdur.


Sərgi: Nə var, odur

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanının yaxınlığı, Bayıl, AZ1003)

Tarix: 11 noyabr 2016 – 13 fevral 2017

Sərginin iş rejimi: Çərşənbə axşamı - Bazar, 11:00 - 20:00

Giriş sərbəstdir.


Məlumat və foto əldə etmək istəyən KİV-lər üçün əlaqə:

Hökümə Kərimova

Telefon: +99 450 2746747

E-mail: hokuma.k@yarat.az


 

Yüklənir