Yanvar 2017

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM LAYİHƏ MƏKANI: DİSFONİYA QRUP SƏRGİSİ

03 Fev - 24 Fev 17

YARAT Müasir İncəsənət məkanı  ARTIM Layihə Məkanında keçiriləcək 3 - 24 fevral 2017-ci il tarixlərində "Disfoniya" adlı qrup sərgisinə dəvət edir.


Rəssamlar: Hatəm Əlizadə, Musa Bəyzadə, Əli Həsənov, Novruz Məmmədov, Filip Mesner və Sabit Zamanov


Kurator: Anna Feç


Disfoniya (tibbi termin) - struktur olaraq tamamilə normal olan səs büküşlərinin, səsi yaradan qırtlağın və rezonansı yaradan udlaq və ağızın normal funksiyasına və anatomiyasına baxmayaraq insanın uyğun səs çıxartma funksiyasını yerinə yetirə bilməməsi vəziyyətidir. “Disfoniya” adlı sərgi -  gündəlik məlumat axınının və səs “çirklənməsinin” artması, eləcə də insanın daxili münaqişələrini və psixoloji durumlarını araşdıran eksperimental layihədir.


Rəssam Hatəm Əlizadənin əsərində tətbiq etdiyi konsepsiya həyatımızda informasiyanın həddindən artıq olduğunu vurğulayır. Müxtəlif kitablarda, qəzetlərdə, jurnallarda və onlayn mediada istənilən suala cavab tapmaq mümkündür.


Musa Bəyzadənin səsli instalyasiyasının qulaqcıqlarını taxaraq tam qaranlıq otaqda, hələ 1977-ci ildə yazılmış və Qızıl fonddan götürülmüş melodiyanın xırıltılı səslə birləşdirilmiş avazını eşidir. Bu əsər istehza şəklində mədəniyyət strukturunun və ya modelinin süni dirçəlişini göstərir.


“Təyinat yeri” videosu İstanbulda ustad dərsi zamanı ərsəyə gəlmiş rəssam Əli Həsənovun performansçı Nadi Tsulukidze ilə birgə layihəsidir. Həmin əsərdə intizar içində qalan və nə etmək lazım olduğunu bilməyən insanın vuayerizm baxış bucağı təqdim edilir. 


Rəssam Novruz Məmmədovun instalyasiyası ilk baxışdan çox tanınan bir əşya - hamam otağının duşundan ibarətdir. O, işə salındığı zaman su əvəzində səs buraxır. İnstalyasiya şəhər məkanının səs müxtəlifliyini tədqiq edir. Bizim sənaye cəmiyyətimizin istehsal etdiyi bəzən narahat, toksinlərin idarə edilməsindən yorulmuş, eyni zamanda isə artıq adiləşmiş, sakitləşdirici və hətta təravətləndirici, yatmış xatirələr oyadan parlaq şəhər həyatından danışır.  


Filip Mesnerin video əsəri dairəni, öz-özünə törəyən daima fırlanan təkəri yükləmə (gözləmə) işarəsini göstərir. Bu rəqəmsal animasiya işarəsi kompüter prosesi çətinliklə icra edərkən peyda olur. Həmin simvolu real fiziki məkana nəql edərək rəssam insanın virtual estetikanı necə dərk etməsini tədqiq edir.


Seymur Seyidbəylinin “Daxili söhbət” adlı videosu amerikalı psixoloq Erik Bernin alter egonun (başqa bir mən) üç mərhələli nəzəriyyəsində əsaslanıb. Bu nəzəriyyəyə əsasən hər bir insanın alter egosu eyni zamanda bir uşaq, bir valideyn və bir müdrikdən ibarətdir. Valideynin səsi bizi zamana qarşı səbirli olmağa öyrədir. Uşaq səsi emosiyalarla doludur halbuki, müdrik səs bizim hərəkətimizi dəyərləndirməyə çağırır. Rəssam insanın kənardan gələn ideyalara müqaviməti zamanı yaranan daxili münaqişələr anlarında öz-özlüyündə ziddiyyətlər yaradan müzakirələri ifadə edir.


Sabit Zamanovun “Ürək. Tərk edilmiş qəlb silsiləsindən” heykəltəraşlıq kompozisiyası bir insanın həyatında, keçmişində başına gəlmiş hadisələrdən, gərçək həyatda illər öncə yaşadıqları uğursuzluqlardan bəhs edir.


About ARTIM

ARTIM is directed at young Azerbaijani artists with an intention to support and encourage emergent talent to grow. The programme has a designated exhibition space in Icheri Sheher that was conceived as a platform for experimenting and professionally showcasing art. Artworks resulting from the programme are exhibited at the ARTIM Project Space, Baku.


Açılış tarixi: 3 fevral 2017 / saat: 19:00

Rəssamlarla görüş: 9 fevral 2017 / saat: 19:00

Finisaj tədbiri: 24 fevral 2017 / saat: 20:00 – 22:00

Ünvan: ARTIM Layihə Məkanı

İçərişəhər, Böyük Qala küç., 30, 001A 

Giriş sərbəstdir

Sərginin tarixləri: 3 – 24 fevral 2017

İşləmə saatları:  Cümə axşamı – Bazar, saat 14.00 - 20.00

Əlavə məlumat: 012 505 1414


FACEBOOK

Yüklənir