Mart 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

FİLM KLUB: ÇİNGİZ RƏSULZADƏNİN KUKLALAR FİLMİ

15 Avq 17

YARAT Müasir İncəsənət Məkanı məmuniyyətlə Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir. 15 avqust 2017-ci il tarixində rejissor Çingiz Rəsulzadənin Kuklalar filminin nümayişinə dəvət edir.


Kuklalar / 2010 / Azərbaycan / 80 dəq / drama / rəngli


Filmdə hadisələr keçən əsrin 80-ci illərin sonları 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir. SSRİ-nin son günlərində 6 gənc dost Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanır. Onların həyatında hər şey ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Özləri dərk etdikləri kimi azad yaşamağa can atan bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir... Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verirlər.


Film azərbaycan dilində (ingilis subtitrləri ilə) nümayiş olunacaq.


Tarix: 15 avqust, 2017

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir