Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
30 Avq 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
30 avqust 2016-cı il tarixində rejissor Emin Əfəndiyevin “Hədiyyə” adlı filmi təqdim olunacaq.
Hədiyyə / 2015 / Azərbaycan / 30 dəq. / Dram / rəngli
Film yeni ailə həyatı qurmuş iki gəncin sevgisindən bəhs edir. Bu iki gənc özlərini cəmiyyətdə hələ də tapmayıblar. Buna baxmayaraq onlar sevgiləri uğrunda öz həyatlarını belə qurban verməyə hazırdırlar.
Ssenari müəllifi Yusif Şeyxov
Quruluşçu rejissor Emin Əfəndiyev
Quruluşçu operator Elman Əliyev
Quruluşçu rəssam Şahin Həsənli
İcraçı prodüser Vüsal Abbasov
Prodüser Müşfiq Hətəmov
Baş rollarda Şamil Süleymanlı, İlahə Həsənova, Qorqud Cəfərli
Emin Əfəndiyev 1987-ci ildə Azərbaycanda anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət Universitetinin incəsənət & mədəniyyət fakültəsini bitirmişdir. O, 2007-ci ildə birinci mükafatına START tələbə kinofestivalında təltif olunmuşdur.
Film Azərbaycan dilində nümayiş olunacaq.
Tarix: 30 Avqust, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.