Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
25 Okt 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
25 oktyabr 2016-cı il tarixində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” adlı filmi təqdim olunacaq.
Qırmızı bağ / 2016 / Azərbaycan, Rusiya / 88 dəq / dram / rəngli
Film vaxtilə babaları bəy olmuş, özü isə vilayətdə məktəb müəllimi işləyən Abbasın həyatından bəhs edir. Əlacsız doğma oğul arzusu onu öhdəçiliyində olan yetim uşağa və hətta sevimli həyat yoldaşı Vəfanın çıxılmaz vəziyyətinə qarşı kor edir. Lakin hər şey onun öz əlləri ilə Vəfanı ölüm ayağına sürüklədikdən sonra dəyişir. İndi Abbas bu dünyada qoruya bilmədiklərini o biri dünyada qaytarmaq istəyir.
Quruluşçu rejissor: Mirbala Səlimli
Quruluşçu operator: Maksim Drozdov
Prodüser: Müşfiq Hətəmov, Timur Vaynşteyn
Rollarda: Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və b.
Film Azərbaycan dilində nümayiş olunacaq.
Tarix: 25 sentyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.