Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
26 Okt 18
YARAT Müasir İncəsənət Məkanı payızın sərin ovqatına istilik qatmaq istəyən musiqi sevərləri “Etno Hip-hop” adlı möhtəşəm konsertə dəvət edir.
Musiqili gecədə xalq mahnıları, klassik, etno caz, hiphop janrlarının sintezindən ibarət kompozisiyalar və əsərlər səslənəcək.
Konsertdə gənc musiqiçi, bəstəkar İsmayıl Zülfüqarov öz bəstələdiyi, o cümlədən, məşhur klassik musiqiləri üç fərqli alətdə (tar, ud, gitara) ifa edəcək. Tədbirin iştirakçıları musiqi sahəsində göstərdiyi fəaliyyətlərə görə xüsusi adlara layiq görülən, prezident təqaüdçüləri və bir çox müsabiqələrin qalibləri olan gənclərdir.
Tədbirin iştirakçıları:
İsmayıl Zülfüqarov (tar, ud, gitara)
Fərdin Məmmədli (fortepiano)
Nərmin Rzayeva (fortepiano)
Vəfadar Ramizzadə (zərb alətləri)
Erol Rzayev (violonçel)
Tarix: 26 oktyabr, 2018
Saat: 19:00
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi
Giriş sərbəstdir