Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
13 Sen 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
13 sentyabr 2016-cı il tarixində rejissor Zamin Məmmədovun “Onun atası” adlı filmi təqdim olunacaq.
Onun atası / 2016 / Azərbaycan / 30 dəq / Psixoloji dram / Rəngli
Psixoloji dram janrında lentə alınan “Onun atası” filmi, Qarabağ müharibəsinin cəmiyyətə vurduğu fəsadlardan bəhs edir. Ailə başçısı olan jurnalist vətənini ailəsi qədər üstün tutaraq müharibədə iştirak etməyə qərar verir. Filmin əsas süjeti ilə bağlı olan, döyüşlər zamanı itkin düşən jurnalistin axtarışları zamanı ailəsinin və yaxınlarının keçirdiyi həyəcan və müharibənin cəmiyyətə mənfi təsiri də təsvir edilir.
Ssenari müəllifi və quruluşçu rejissoru: Zamin Məmmədov
Quruluşçu operator: Əli Sultan
Quruluşçu rəssam: Arif Niftiyev
İcraçı prodüser: Rəhim Sadıqov
Prodüser: Müşfiq Hətəmovdur
Ekran əsərində baş rolları Şamil Süleymanlı, Məbud Məhərrəmov, Ülviyyə Rza və digərləri canlandırırlar.
Zamin Məmmədov 2003-2007-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində kinorejissorluq təhsili alıb. O, müxtəlif yerli telekompaniyalarında rejissor kimi işləyib (2003-2007). Zamin Məmmədov, 2007-ci ildə Bakıda yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinorejissorluq karyerasına başlayıb. O, 2013-cü ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Zamin Məmmədov "Psixiatr" (2009, "Debüt" studiyası) və "Onun atası" (2015, “Azərbaycanfilm” kinostudiyası) qısametrajlı bədii filmlərinin quruluşçu rejissorudur. O, həmçinin 15 sənədli filmin rejissoru və ssenari müəllifidir.
Film Azərbaycan dilində nümayiş olunacaq.
Tarix: 13 sentyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.