13 İyn 17
YARAT Film Klubu sizi İran rejissoru Həmid Rahmanianın Şüşə ev adlı filminin nümayişinə dəvət edirik.
Şüşə Ev / 2009 / İran / 92 dəq. / Sənədli film / rəngli
Şüşə ev filmi incidilmiş, yoxsulluğa düçar olmuş və evdən qaçmış 4 qızın həyat hekayələrindən bəhs edir. Həmin qızlar Marcane Halati tərəfindən təsis edilmiş özəl sığınacaqda məskunlaşıblar. Hadisələr Tehran küçələrində və Omid-e-Mehr reabilitasiya mərkəzində cərəyan edir. Həmin bu mərkəz getməyə yeri olmayan 15-25 yaşlı qızlara sığınacaq verir.
Filmin nümayişi Equals assosiasiyasının dəstəyi ilə təşkil olunur.
Filmin nümayişi yerli gender ekspertlərinin aparacağı müzakirə ilə davam edəcək.
Film ingilis alt yazıları ilə fars dilində nümayiş olunacaq.
Tarix: 13 iyun, 2017
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir.