Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə21 Avq 19
YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında “Unut bildiklərini, gör mən kiməm” sərgisi çərçivəsində baş tutacaq növbəti film nümayişinə dəvət edirik. Bu dəfə rusiyalı rejissor Valeriya Qay Qermanikanın “Hamı öləcək, amma mən qalacağam” filmini izləyib müzakirə edəcəyik.
“Hamı öləcək, amma mən qalacağam” filmi – Rusiyanın ucqarında, doqquzuncu sinifdə oxuyan üç rəfiqədən və onların böyüklər dünyasına ilk addımları haqqındadır. Filmin premyerası 2008-ci il Kann Film Festivalının “Tənqid həftəsi” debüt film proqramı çərçivəsində baş tutub və münsiflər heyəti tərəfindən “Qızıl kamera” xüsusi mükafata layiq görülüb.
Tədbirin qonağı “Sevin” Ailə və Valideynlərə Dəstək Mərkəzinin yaradıcısı, reproduktiv sağlamlıq və ailə psixologiyası üzrə mütəxəssis Səbinə Abdullayevadır.
Ailə birliyi necə həyat sürür, valideynlər və valideynlərlə uşaqların arasında münasibətlər necə inkişaf edir?
Cəmiyyətdəki proseslər ana və qız, ata və oğul arasındakı münasibətlərə necə təsir edir?
Uşağı və yeniyetməni necə “nəzərdən qaçırmaq” olar?
Yenidən onunla əlaqə qurmağın ən yaxşı üsullar hansıdır?
Filmin nümayişindən sonra Səbinə Abdullayeva bu və digər sualları sizinlə müzakirə edəcəkdir.
Filmin müddəti: 1 saat 20 dəqiqə
Dil: Rus
Yaş məhdudiyyəti: 18+
Tarix: 21 avqust, 2019
Saat: 20:00
Ünvan: ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala, 5)
Giriş sərbəstdir