Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
23 Dek - 24 Dek 15
YARAT Müasir İncəsənət Məkanı “VOID” adlı audio-visual tədbirə qoşulmağa dəvət edir. Müasir rəssam və qrafik-dizayner Orxan Məmməd və onun Dihaj, COCA INN, HAZY və George EFFE kimi istedadlı dostları ilə birlikdə ecazkar musiqi və vizual incəsənət aləminə səfər etməyə təklif edir.
Tədbir YARAT Freestyle layihəsi çərmivəsində təşkil olunmuşdur. Çoxsimalı auditoriya ilə yaradıcılıq ünsiyyəti qurmaq həvəsində olan hər kəs üçün YARAT FreeStyle adlı açıq platforma təşkil etmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
VOID LAYİHƏSİ
AUDİO/VİSUAL:
01. Are you real? / Origraphy
02. Geceler kecir. Live video experiment / DiHaj & Origraphy
03. VOID / Origraphy, Coca INN, Sekond Floor
04. Balance / Origraphy & Hazy
05. Inside / Origraphy & Georgr Effe
“VOID” adlı tədbirimizə qoşulmağa – geniş yönlü müasir rəssam və qrafik-dizayner Orxan Məmməd və onun Dihaj, COCA INN, HAZY və George EFFE kimi istedadlı dostları ilə birlikdə ecazkar musiqi və vizual incəsənət aləminə səfər etməyə dəvət edirik. Elektron musiqi sədaları ilə müşayiət olunan bu vizual səyahət sizi həm fonda səslənən musiqinin, həm də heyrətamiz vizual fonların ən dərin qatları arasından keçirəcək. Qarşınızda müxtəlif sənət sahələrini təqdim edən canlı performans cərəyan edəcək – müxtəlif incəsənət növlərini təmsil edən gənclərin birgə işini izləmək imkanı açılacaq qarşınızda. Söhbət müştərək təcrübədən gedir, audio və video əsərlərin bir arada istehlakından və yaxud, başqa sözlə – hisslərin hamısına eyni anda səslənən təsirli bir möcüzədən gedir söhbət.
Buyurun, Siz də gəlin, fikrinizi paylaşın, tədbirimizə qatılın!
Orxan Məmməd – geniş yönlü rəssam, qrafik dizayneri, “Beatiful Minds” hərəkatinin həmtəsisçisi. www.origraphy.com
Tarix: 23 dekabr, 2015
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir