Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
24 May 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
24 may 2016-cı il tarixində rejissor Emil Quliyevin “Pərdə” adlı filmmini təqdim edirik. Film «Art Film Baku» kinokompaniyası tərəfindən çəkilib. Layihənin prodüseri Sərdar Məlikməmmədovdur.
Pərdə / 2016 / Azərbaycan / 72 dəq. / Drama / Rəngli
Rejissor: Emil Quliyev
Rollarda: Tural Əhməd, Zaur Şəfiyev, Vüsal Mehrəliyev, Azər Aydəmir, Zemfira Əbdülsəmədova, Ayşad Məmmədov, Nəsibə Eldarova
Ata məsləhəti, el adət-ənənəsi ilə evlənərək sonradan bədbəxt olan Zaur, hal-hazırda seçim qarşısındadır. O, öz bacısı Lalənin sevdiyi oğlan Eminlə xoşbəxt olmasını istəyir. Bunun üçün Zaur, bacısının qaçırılmasına icazə verməlidir. Cəmiyyətin, dostların, qonşuların bu işə münasibəti necə olacaq kimi fikirlər Zauru çıxılmaz vəziyyətdə qoyur.
Onun seçimindən bir ailənin talehi asılıdır. Görəsən o, nəyi seçəcək?!
Film Azərbaycan dilində nümayiş etdiriləcək.
12 +
Tarix: 10 may, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir