Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
17 Mar 17
Əziz musiqisevərlər! YARAT Müasir İncəsənət Məkanı Novruz Bayramı ərəfəsində keçiriləcək növbəti musiqi axşamına dəvət edir.
Sevindirici haldır ki, bu gün caz musiqisi cəmiyyətimizin, mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Bu gün də cazmenlərimiz Azərbaycanın caz ənənələrini uğurla davam etdirirlər. Məhz bu cümə günü, YARAT Mərkəzinin səhnəsində sizin üçün pianoçu Afşın Əlizadə, bass-gitaraçı Nicat Paşazadə və zərbəçi Ramin “Ramirez” Sadiqovun yaratdıqları caz trio qrupu çıxış edəcək. Onu da qeyd edək ki, həmin trio 2016-cı ildə keçirilən Bakı Caz Festivalın iştrikaçısıdır.
Tarix: 17 mart, 2017
Saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Ünvan: Bayıl, Dövlət Bayrağı Meydanına yaxın
Giriş sərbəstdir.