Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
RƏSSAM İLƏ TANIŞLIQ: PƏRVİZ HÜSEYNOV VƏ İRİNA QUNDORİNA
04 Okt 17
YARAT Müasir İncəsənət Məkanı Rəssamla tanışlıq layihəsi çərçivəsində növbəti qonaqlarımız tanınmış kukla üzrə rəssamlar İrina Qundorina və Pərviz Hüseynov təqdim edir.
Rəssamlar öz yaradıcıqlarından söhbət açacaqlar, kukla sənəti tarixindən danışacaqlar və gələcək layihələrində tədbir iştirakçılarına xəbər verəcəklər.
Pərviz Hüseynov və İrina Qundorina Azərbaycan Rəssamlar İttifaqının üzvləridir, dəfələrlə beynəlxalq sərgilərin nominantları və laureatları olublar. Rəssamların "Səyahət 2" əsəri "Bədii kukla sənəti sahəsində Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə görə" (Sankt-Peterburq) və dünya şöhrətli "Vaxtanov" kukla qalereyasından (Moskva) "Kukla sənətinin inkişafı və təbliği üzrə peşəkar və yaradıcı fəaliyyətə görə" mükafatlara layiq görülüb. Moskvanın müstəqil "Dollplanet" portalının Fantasmaqoriya nominasiyasında birinci mükafatını qazanıblar. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən Azərbaycan incəsənətinə, xüsusilə kukla sənətinə verdikləri töhfələrə görə "Qızıl əllər" fəxri mükafata layiq görülüblər. "Bakı küləyi" və "Fusion Doll" Bakı Biennalesi beynəlxalq layihələrin müəllifləri.
Azərbaycanda ilk dəfə olaraq bədii kukla sənətinin art, konsepsiya və biopank kimi istiqamətlərinin nümayiş olunduğu Muzey Mərkəzinin Caz üslubunda kuklalar fərdi sərgisinin iştirakçılarıdırlar.
Tarix: 4 oktyabr 2017-ci il
Saat: 19:00
Ünvan: YARAT Müasir İncəsənət Mərkəzi, 2-ci mərtəbə
Giriş sərbəstdir