18 Avq 15
YARAT Müasir İncəsənət Məkanı Film Klubu 18 avqust 2015-ci il tarixində YAY Qalereyasında açıq havada kinoteatrda Şezad Davudun 'Mümkün filmə doğru' adlı filmin nümayişinə dəvət edir. Filmin nümayişi “Səmadan bir damla” adlı 3-cü Bakı Pablik Art Festivalının çərçivəsində təşkil olunur.
İyuldan avqusta kimi YARAT Müasir İncəsənət Mərkəzinin zalında və YAY Qalereyasının damında yerləşən açıq kinoteatrda fantastika və futurizm filmlərinin nümayişi keçiriləcək.
MÜMKÜN FİLMƏ DOĞRU (TOWARDS THE POSSIBLE FILM) / 2014
Film and Video Umbrella və Delfina Foundation sifarişilə
20 dəq. / təkkanallı video / rəngli
Mümkün filmə doğru filmi paralel kainatları və həmin kainatlar toqquşduğu zaman uçan qığılcımları tədqiq edir. Davudun 20 dəqiqəlik canlı videosu uzaq gələcəyi və çoxdan unudulmuş keçmişdən xatirələri əks etdirərək əfsanəvi təmsilin əks-sədası və qarabasmaya bənzər illüziyaları canlandırır. Sanki başqa bir kainatdan gəlirmişlər kimi dalğalardan çıxan iki göy dərili kosmonavt qırmızı qayalı sahildə (cənubi Mərakeşdə Sidi-İfni şəhəri) görünür. Gur işığa alışmağa çalışan və yeni, qəribə mühitdə - tanış olmayan adamların arasında aramla addımlayan bu iki şəxs yerli sakinlərin onlara zillənən baxışlarına tuş gəlir. Qırmızı duman içində aşağı-yuxarı tullanan yerli sakinlər gəlmələri maraqla süzürlər. Bu gərgin mənzərə müstəmləkə tarixində təcrid olmuş sivilizasiyaların bir-biri ilə, eləcə də elmi-fantastik ədəbiyyatda yadplanetlilərlə ilk dəfə təmas etdiyi mühüm məqamları xatırladır. Fikir mübadiləsi deyil, kainatların toqquşması ilə nəticələnən ilk qarşılaşmaların təsiri (mənfi nəticəsi) süjet xətti inkişaf etdikcə dəyişir və görünən perspektivlərin təhrifinə səbəb olur. Müasir Mərakeşdə dirçəliş dövrünü yaşayan və qədim dövrə söykənsə də, mənşələri bilinməyən tamazit dilinin (köklərinin bir vaxtlar Meksika körfəzinədək yayılan Finikiya mədəniyyətinə aid olması təxmin edilir) bərbər dialektində qırıq-qırıq deyilən monoloq bu səhnəni daha da mürəkkəbləşdirir.
1974-cü ildə dünyaya gəlmiş Şezad Davud Sent-Martin İncəsənət Universiteti və Kral İncəsənət Kollecinin məzunudur, “Leeds Metropolitan” Universitetində elmlər doktoru dərəcəsi alıb. Davud redaktə prosesindən film və rəsm arasındakı məna və formaları araşdırıb öyrənmək metodu kimi istifadə edir. O, şəkil, dil, yer və təhkiyənin fərqli sistemlərini qarşılaşdırmaq üçün filmlər, rəsmlər və heykəllərlə işləyir. O, çox vaxt problemi fərqli baxış bucağından işıqlandırmaq, tədqiqatın uzaq hədəflərini fiziki və konseptual olaraq canlandırmaq üçün müxtəlif region və sosial təbəqələrə mənsub qrup və şəxsləri iş prosesinə cəlb edir.
Film ingilis dilində nümayiş etdiriləcək
18 avqust 2015
Saat: 21:00
Məkan: YAY Qalereyası, İçəri Şəhər, Kiçik Qala küç. 5
Əlaqə telefonu.: 012 505 1414
Giriş sərbəstdir