Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
03 İyl - 01 Sen 17
YARAT Müasir İncəsənət Məkanı Camping and Gramping adlı yeni yay düşərgə layihəsinə başlayır.
Məhz bu düşərgəni fərqli edən odur ki, burada 8-17 yaşlı cavanlar öz nənə-babaları ilə proqramda iştirak edib maraqlı və səmərəli vaxt keçirə biləcəklər. Düşərgənin hər həftəsi xüsusi bir mövzuya aid olacaq. Hər tematik tədris həftəsi tamamlayıcı tədbirlə yekunlaşacaq.
Müəllif çərpələngin hazırlanması üzrə ustad dərslər.
Tanqo məktəbinin təsisçisi İlham Osmanov ilə milli və bal rəqslər üzrə ustad dərslər.
İyulun 15-i saat 12:00-da düşərgənin yekun performansına dəvət edirik. Hər kəs iki müxtəlif nəslin maraqlı rəqs çıxışlarına tamaşa edə bilər.
Həftə fotoqrafiya sənətinə həsr olunacaq. Kurs Fotoqrafiya vasitəsi ilə öz hekayəni danış adlanır və fotoqrafiya sənəti ilə yeni məşğul olanlar üçün nəzərdə tutulub. Kurs zamanı hər kəs öz şəxsi fotoşəkillər silsiləsini yaradacaq. Həmçinin fotoqrafiyanın əsas iş prosesi, işıqlandırma, fokus, kompozisiya və s. amillərdən xəbər alacaqsınız.
Proqram YARAT mərkəzində yeni təqdim olunmuş – Qazaxıstan üzərində günəş və neonlar adlı sərgisində nümayiş olunan 16 rəssamın əsərləri ilə daha da yaxından tanış olmağa imkan yaradır. Sərgidə Qazaxıstanın mədəniyyəti, adət-ənənələri və gələcək perspektivləri haqqında mövzular vurğulanır. Kursda iştirak etmək üçün 10-16 yaşlı uşaq və yeniyetmələri dəvət edirik.
Proqramın yekunu olaraq YARAT Mərkəzində əsərlərin kiçik sərgisi təşkil olunacaq. Yeni uğurlara və zəfərlərə doğru birgə addımlayaq! Qeyd: Kurs iştirakçısı öz fotoaparatı və ya digər fotokamerası olan cihaz ilə gəlməlidir.