Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
04 İyl - 26 Dek 18
YARAT Müasir İncəsənət Məkanı, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyində nümayiş olunan "Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə" adlı sərgi çərçivəsində böyüklər üçün “Özünü kəşf et” adlı ustad dərslərə start verir.
“Özünü kəşf et” yaradıcılıq ab-havası ilə dolu, yeni rəngarəng, maraqlı bir layihədir. Ustad dərsləri zamanı siz gündəlik həyat işlərini kənara qoyub, özünüzü tamamilə yaradıcılığa həsr edə biləcəksiniz. İştirak edən hər kəs, peşəkar ustadlar tərəfindən müxtəlif bədii texnikalar və üslublarla tanış olub, kətan üzərində fırça və boya ilə öz əsərini yaradacaq. Təcrübəsiz və ilk dəfə əlinizdə fırça tutsanız belə, aparıcı rəssamların məsləhətləri sayəsində, yaradıcı potensialınızın yeni üfüqlərini kəşf edəcəksiniz.
“Özünü kəşf et” tamamilə yeni bir əyləncə növüdür, dost və ailə mühitində yaradıcılıq vasitəsi ilə hisslərini bölüşmək istəyənlər üçün ideal bir fürsətdir.
Ustad dərslər hər çərşənbə, 19:00-21:00 saatlarında keçiriləcək. İştirakçılar bütün ləvazimatlarla təmin olunacaqlar.
Proqram:
4 iyul – Kənan Əli
Mövzu: Peyzaj
11 iyul – Müseyib Əmirov
Mövzu: Abşeron motivləri
18 iyul – Əsmər Nərimanbəyova
Mövzu: Rənglərin səsləri
25 iyul – Gülnarə Ələkbərli
Mövzu: Təbiət motivləri (linoqravüra)
1 və 8 avqust – İnna Kostina
Mövzu: Simurq (Batika)
15 avqust – Əliyar Əlimirzəyev
Mövzu: Rəng və forma
22 avqust – Gülarə İsrafilova
Mövzu: Bakı guşələri
29 avqust – Əsmər Nərimanbəyova
Mövzu: Rənglərin səsləri
5 sentyabr – Gülnarə Ələkbərli
Mövzu: Təbiət motivləri (linoqravüra)
19 sentyabr – Səbinə Şıxlinskaya
Mövzu: Natürmort
26 sentyabr – Əli Şəmsi
Mövzu: Sərbəst
3 oktyabr – Museib Əmirov
Mövzu: Azərbaycan mənzərəsi
10 və 17 oktyabr – İnna Kostina
Mövzu: Təbiət (Batika)
31 oktyabr – Vüqar Əli
Mövzu: Payız simfoniyası
14 noyabr – Gülarə İsrafilova
Mövzu: Natürmort
21 noyabr – Vüsal Rəhim
Mövzu: Teatr motivləri
28 noyabr – Fərhad Yalquzaq
Mövzu: Xəttlər
5 dekabr – Müseyib Əmirov
Mövzu: Rəng şəxsiyyətin ifadəsi metodu kimi
12 və 19 dekabr – Sabina Şıxlinskaya
Mövzu: Rəngkarlığın optik qanunları – Soyuq və isti kolorit
İştirakçıların sayı məhdud olduğundan (20 nəfər) qeydiyyatdan keçmək zəruridir.
Qeydiyyat çərşənbə - bazar günü, saat 12:00-dan 20:00-dək aparılır (tel.: 050 251 4115)
Ünvan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı muzeyi
Dövlət Bayrağı Meydanının yaxınlığı