Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
10 Okt - 24 Noy 17
YARAT AKADEMİYASI 2017
(Oktyabr – Noyabr)
YARAT Müasir İncəsənət Məkanı sizi növbəti YARAT Akademiyasının 3-cü hissəsinə dəvət edir.
Təsvir
YARAT Akademiyasının üçüncü mərhələsi rəssamların sənət əsərlərinin təhlil üslublarını öyrənilməsinə həsr olunur.
Beynəlxalq səviyyəli kuratorların mühazirələri ilə yanaşı, iştirakçılar praktiki hissədə, incəsənətdə mövcud olan tədqiqat üslublarını təcrübədən keçirəcəklər. Kurs çərçivəsində iştirakçılar müxtəlif yerli rəssamların emalatxanalarını ziyarət edib, onlarla yaradıcılıq haqqında müzakirə aparacaqlar.
Kursun təminatı
*Bütün mühazirələr Azərbaycan dilinə sinxron tərcümə olunacaq
*Dərslər YARAT Müasir İncəsənət Mərkəzində, saat 19:00-da baş tutacaq
Mühazirəçilər:
Nərgiz Şukenova – Qazaxıstanlı kinoşünas və kino tənqidçisi
Dirk Snovart – WIELS Müasir İncəsənət Məkanının kuratoru və bədii rəhbəri
Björn Geldhof – YARAT Müasir İncəsənət Məkanının bədii və strateji rəhbəri
Anna Fex – YARAT Müasir İncəsənət Məkanının kuratoru
Anders Krüger – M HKA Müasir İncəsənət Muzeyinin kuratoru
Vasif Kortun – Platform Garanti Müasir İncəsənət Mərkəzinin təsisçisi və SALT mərkəzində tədqiqat proqramının rəhbəri
Fərəh Ələkbərli – YARAT Müasir İncəsənət Məkanının kuratoru
*Kursda iştirak etmək üçün ad/soyad və əlaqə nömrənizi volunteer@yarat.az göndərin və ya 0502469292 nömrəsinə zəng edib qeydiyyatdan keçin.
Qeydiyyat üçün son tarix: 10 Oktyabr, 2017-ci il / 00.00