Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə19 May - 05 İyn 16
Artım Layihə Məkanı böyük məmnuniyyətlə Sizi gənc rəssamlar Vüsalə Ağarazıyeva, Erkin Ələkbərli, Orxan Qarayev və Zərnişan Yusifin “Yarı həqiqətlər” adlı qrup sərgisinə dəvət edir.
Sərginin əsas diqqəti çağdaş dövrdə cərəyan edən hadisələrə yönəlmişdir və müasir dövrün maddi dəyərlərinin insanların daxil aləminə və mənəviyyatına necə təsir göstərməsini araşdırır.
Rəssam Vüsalə Ağarazıyevanın əsəri, məhz əbədi dəyərlərin gündəlik məişətlə toqquşması kimi mövzuya həsr edilib.
Orxan Qarayev öz instalyasiyasında strukturuna görə müasir və urbanist şəhərin aramsız səs-küyü və son dərəcə dinamik tempi, həyatın ritmini müəyyən edən mövzunu araşdırır.
Zərnişan Yusifin əsəri pul mövzusuna toxunaraq, ona bağlı olan mahiyyəti dağıtmaq üzərində diqqətini cəmləşdirir.
Erkin Ələkbərli əsərində müasir dünyada cərəyan edən hadisələrin inkişafı, bir-biri ilə ziddiyyəti və acı nəticələri bu problemə olan müvafiq marağı şərtləndirir.
YARAT Müasir İncəsənət Məkanı gənc rəssamlar üçün nəzərdə tutulan ARTIM layihəsinin əsas məqsədi ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə gənc rəssamlara peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvaýq şərait yaratmaqdır. 2015-ci ilin oktyabr ayında İçərişəhərin mərkəzində münasib və izdihamlı bir guşəsində açılmış ARTIM Layihə Məkanının məqsədi – yerli və beynəlxalq rəssamların eksperimental yeni əsərləri nümayiş etdirməkdir.
Tarix: 19 may, 2016
Saat: 19:00-da
Yeri: ARTIM Layihə Məkanı
Ünvanı: İçərişəhər, Böyük Qala küçəsi 30, 001A
Giriş sərbəstdir