Ünvan
RƏNGKARLIQ MUZEYİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
20 Avq - 06 Sen 18
YARAT Müasir İncəsənət Məkanı Arstarulsmirusun rəhbərliyi ilə küçirilən mühazirələr silsiləsində iştirak etməyə dəvət edir. Məşğələlərin aparıcısı – şəxsi inkişaf üzrə təlimçi, musiqi prodüseri, mahnıların müəllifi və ifaçısı riqalı Arstarulsmirusdur.
Siz də özünüzə və başqalarına əziyyət vermədən məqsədlərinizə nail ola bilərsiniz. Elm tərəfindən təsdiq edilmiş üsullardan istifadə ediniz. Onlar özünüzü daha yaxından tanımaq və asanlıqla intizamlandırmaq üçün fürsətlər yaradır.
Təsəvvür edin ki, siz, öz hədəflərinizə doğru hərəkət edirsinizvə bu hədəfləri, daxili təzyiqlər, başladığınız işin yarımçıq qalmasına görə vaxtaşırı günahkarlıq hissi yaşamadan, gecikmələr və əsəb sarsıntıları olmadan həyata keçirirsiniz...
Təsəvvür edinki, həyatın müxtəlif sahələrində yüksək nəticələri nəinki vaxtında, həm də emosional gərginlik olmadan, sağlamlığınızı qoruyaraq, vaxtınıza qənaət edərək əldə edirsiniz...
Təsəvvür edin ki, özünüzü çox təbii şəkildə və rahatlıqla nizamlaya edə bilirsiniz. Bu, müxtəlif xarici amillərin təsiri ilə deyil, sizin üçün məhz belə daha rahat olması ilə bağlıdır...
Özünü intizam haqqında silsilə məşğələlər vasitəsilə, siz, özünüzü daha dərindən tanımaq və bunun sayəsində özünüzü daha effektiv şəkildə idarə etmək imkanı qazanacaqsınız.
“Asanlıqla və sevinclə özünü intizamlandırmaq” adlı silsilə məşğələlərdən artıq 9 nəsil iştirakçılar keçib. Bu məşğələlərin əsasını təlimçinin çox illik şəxsi təcrübəsi və araşdırmaları, habelə özünü dərk prosesinə dair yüzlərlə mühazirələr və digər məşğələlərdən əldə edilmiş biliklər təşkil edir. Bu məşğələlər silsiləsi üçün Kelli Makqoniqal, Deniel C. Siqel, Çarlz Daxiq, Tedor Brayant, Cozef O’konor, Ayan Makdermort, Aleks Socinq, Kim Penq, Metyu Uoker və digər müəlliflərin özünü dərk, beyin fəaliyyətinin prinsipləri, iradənin inkişaf etdirilməsi, özünü intizam psixologiyası, sistem düşüncəsi ilə bağlı bacarıqlar, vərdişlərin idarə edilməsi və effektiv istirahət haqqında araşdırmalarına dair onlarla kitablarından toplanmış dəyərli məlumatlar daxildir.
Yeni vərdişlərə doğru ilk addımları komandada eləmək vacibdir, tək başına mənimsəmək əlbəttə ki, çox çətindir. Bu məşğələlərdə iştirakçılar üçün ümumi hədəfləri bir araya gətirən vahid mühit yaradılır ki, bu da hər bir şəxsin öz “dəyişikliklər vektorunu” dəstəkləyir və sürətləndirir.
Məşğələlər rus dilində keçiriləcək.
Tarix: 20 avqust – 6 sentyabr, 2018
Saat: 19:00 – 22:00
Məkan: Rəngkarlıq Muzeyi, Bayıl, Dövlət Bayrağ meydanı
Yerlərin sayı məhduddur, qeydiyyat üçün: +994 50 246 9292
MÜHAZİRƏLƏRİN STRUKTURU
MÜHAZİRƏ 1 / 20 AVQUST / 19:00 – 22:00
Özünü intizam nədir və nə özünü intizam sayılmır? Özünü intizam psixologiyası.
MÜHAZİRƏ 2 / 23 AVQUST / 19:00 – 22:00
Sıx gündəlik qrafikdə özünü intizam alətlərinin tətbiqi
MÜHAZİRƏ 3 / 27 AVQUST / 19:00 – 22:00
Özünü intizamın əsl maneələri və onların transformasiya üsulları
MÜHAZİRƏ 4 / 30 AVQUST / 19:00 – 22:00
Özünü dərk və özünü intizamı dəstəkləyən alətlər
MÜHAZİRƏ 5 / 3 SENTYABR/ 19:00 – 22:00
Özünü intizam prosesində effektiv istirahət rolu
MÜHAZİRƏ 6 / 6 SENTYABR/ 19:00 – 22:00
Özünü intizamın həyata keçirilməsinin dörd mərhələsi
Əlavə olaraq, siz aşağıdakıları əldə edəcəksiniz:
- Müstəqil fəaliyyət üçün metodikaların təsviri və tapşırıqların daxil olduğu iş jurnalı
- Silsilə məşğələlərdən bir ay sonra dəqiqləşdirmələr və əks əlaqə üçün əlavə məşğələ
- Məşğələlərin bütün prezentasiyaları və audio yazıları
Arstarulsmirus – musiqiçi, müəllif və müğənni. 1996-cı ildən fəaliyyət göstərir. “Gustavo”səhnə adı ilə özünün 5 solo albomunun prodüseridir, həmçinin Latviya və Rusiyadan olan qrupların 5 albomunun və bir çox mahnıların prodüseridir, o cümlədən “Brainstorm” qrupu. “Kasta” qrupunun solisti Vladın oxuduğu mahnılarının musiqisinin müəllifidir. Latviyada keçirilən ilin ən yaxşı albomu, mahnısı və musiqi klipləri mükafatının 8 qat qalibidir. 2009-2013-cü illərdə Latviyanın “KIT komedi”teatrının üzvü olub.
Arstarulsmirus“Məlumatlılıq (diqqətin yönəldilməsi)”, “Emosional tənzimləmə”, “Özünü intizam psixologiyası”; “Özünü dərk etmək və mənəvi inkişaf prosesində musiqinin rolu”; “Qeyri-verbal ünsiyyət bacarıqlarının inkişafında və komanda işi proseslərində musiqinin istifadəsi”və s. kimi mövzuların müəllifidir.
QEYDİYYAT ANKETİ