Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
24 Noy 16
YARAT Müasir İncəsənət Məkanı AİSELin ifasında Nəfis Obyektlər adlı canlı musiqi axşamını təqdim edir.
Tədbir YARAT FreeStyle adlı açıq platforma çərçivəsində təşkil etmişdir.
Yaradıcı qruplar və fərdlər üçün meydan olmaq amalına xidmət edən YARAT FreeStyle, eləcə də öz təcrübələrini həyata keçirmək istəyən gənc aktyor və aktrisaların, rəqqas və rəqqasələrin, performans rəssamlarının, musiqiçilərin və digər sənətkarların üzünə açıqdır. Hər kəs öz layihəsi və ya ideyası ilə bizə müraciət edə bilər.
Nəfis obyektlər – gender problemləri ilə bağlı dialoqa dəvət edən performanslar silsiləsidir. Bu layihə, qadının müasir cəmiyyətdə roluna ünvanlanır. Bu kurator layihəsi, kişilər və qadınlar arasında münasibətləri formalaşdıran əzəli və çağdaş vəziyyətləri araşdırır. Sözügedən layihə gender münasibətləri haqqında fundamental sualları qaldırır, insan təbiəti haqqında fəlsəfi ehtimalları təhlil edir və daha geniş bərabərliyi və qarşılıqlı anlaşmanı bir araya gətirən yeni sosial təcrübələrin mümkünlüyünü nəzərdən keçirir.
Gender bərabərliyi məsələsi bir sıra qadın ifaçılar tərəfindən qabardılır və dəstəklənir.
№1
Layihənin ilk qonağı Azərbaycanlı pianoçu, bəstəkarı və vokalisti Aysel Məmmədovadır. Aysel "Xəzər Caz və Blyuz Festivalı" , "Bakı Beynəlxalq Caz Festivalı ", "MuzEnergo Musiqi İmprovizasiya Festivalı" , "Monrto Caz Festivalı " (Emil İbrahimin qrupu ilə birgə), "Qafqaz Caz Festivalı" kimi bir sıra musiqi festivallarının iştirakçısıdır.
Aysel, gənc musiqiçilər ilə birgə səhnədə bir sıra yeni və retro mahnıları ifa etməklə, bizimlə öz musiqi təcrübəsini bölüşəcək.
Piano,vokal – Aysel Məmmədova
Bas – Niyaz Ibrahimov
Zərb – Ramiz Sevdimaliyev
Skripka – Orxan Cumayev
Truba – Firuddin Həmidov
Beatmaker – Elçin Kərimli
Tarix: 24 noyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir