Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
16 İyn - 17 İyn 22
25 il Taqankada: ucaldan hiylə.
Dostlar, 16 və 17 iyun tarixlərində “Mədəni yenilənmə” layihəsi çərçivəsində sizi yeni maraqlı tədbirlər gözləyir.
Bu dəfəki qonağımız teatr və kino aktyoru, rejissor, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Əməkdar artisti Timur Bədəlbəylidir.
Timur Bədəlbəyli B. Şukin adına Moskva Ali Teatr Məktəbinin (Y. Lyubimovun kursu) məzunudur. Təhsilini bitirdikdən sonra Taqanka Teatrının truppasına dəvət olunur və tez bir zamanda bu teatrın aparıcı aktyoruna çevrilir. O, “Əlvida, cənub şəhəri” filmindəki roluna görə “Şərq-Qərb” Beynəlxalq Film Festivalının (2006) və Batumi Beynəlxalq Arthaus Filmləri Festivalının (2007) mükafatlarına layiq görülüb.
Tarix: 16 iyun, 2022
Saat: 19:00
Timur Bədəlbəyli ilə görüş
Yaradıcılıq görüşü çərçivəsində həmçinin “Böyük mistifikasiyalar” sənədli filmlər silsiləsinin bir buraxılışı da nümayiş olunacaq və sonra müzakirə aparılacaq.
Tarix: 17 iyun, 2022
Saat: 19:00
Aktyorlar və rejissorlar üçün ustad dərsi
Dünya teatr islahatçısı Yuri Lyubimovun yaradıcılıq üsulu.
Şərti total teatr və “sintetik” aktyorun tərbiyəsi.
“Müəllif teatrı” mövzusu və postmodern teatrın perspektivləri ətrafında müzakirə.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və tərəfdaşlığı ilə keçirilir.
Məkan: YARAT Mərkəzi (Bayıl)
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçin:
https://cutt.ly/mJB61ao