Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
05 İyl 16
YARAT Müasir İncəsənət Məkanı böyük məmnunluqla Sizi müasir kinematoqrafiyanın qeyri-formal müzakirə meydançasına çevrilmiş YARAT Film Klubun növbəti nümayişinə dəvət edir.
5 iyul 2016-cı il tarixində rejissor Murad İbrahimnəyovun “Qardaşımdan yaxşısı yox idi” adlı filmini təqdim edirik. Film «İbrus» tərəfindən istehsal olunub.
Qardaşımdan yaxşısı yox idi / 2011 / Rusiya, Azərbaycan / 90 dəq / Drama / Rəngli
Rejissor: Murad Ibragimbekov
Rollarda: Sergey Puskepalis, Yevgeniy Tsıganov, Nino Ninidze, Hacı İsmayılov, Gülzar Qurbanova və b.
Cəlilin həyat hekayəsi Böyük Vətən müharibəsi dövründə başlayır və XX əsrin 70-ci illərində sona çatır. Bu, iki qardaş arasında olan, həm də öz həlledilməzliyi ilə dramatikləşən münasibətlərin hekayəsidir. Bu, öz yaxınını anlaya bilməyən insanın dramıdır.
Cəlil kiçik qardaşı Simurqu səmimi qəlbdən sevirdi və həyatında ondan daha doğma birisi yox idi. Qardaşlar arasında münasibətlərin pozulması Cəlilin uzun illər ərzində öz prinsipləri və böyüklərinin qaydaları əsasında qurduğu bütöv bir dünyanın dağılmasına gətirib çıxarır.
Murad İbrahimbəyov 12 mart 1965-ci ildə Bakıda anadan olub. 1989-cu ildə Rusiya Dövlət Kinomatoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir (İ. Talankinin studiyası). 1991-ci ildən etibarən “İbrus” kino şirkətinin müstəqil prodüseridir. 1995-ci ildən etibarən reklam sferasında çalışır və bir neçə reklam çarxının müəllifidir. 1997-ci ildən etibarən “Yeralaş” ("Ералаш") kinojurnalı üçün süjetlər çəkir.
Film rus dilində, ingilis dillində olan subtitrlərlə nümayiş etdiriləcəkdir.
16 +
Tarix: 5 iyul, 2016
Saat: 19.00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir