Ünvan
YARAT MƏRKƏZİ
Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003
MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar:
12.00 > 20.00
ƏLAQƏ
+99412 505 1414
04 Dek 18
YARAT Müasir İncəsənət Mərkəzində "Şəhər bir orqanizm kimi" mövzusunda memarlıq mühazirəsi keçiriləcək. Tədbirdə DRA&U-nın baş memarı və təsisçisi Corcio Pini və həmin şirkətin baş direktoru və yeni texnologiyaların inkişafı üzrə direktoru Conatan Arbibin çıxışları baş tutacaq.
Rem Kolhas (məşhur Niderland memarı): "Şəhərlər dəyişir və bu prosesin dayandırılması mümkün deyil, çünki şəhər bir orqanizm kimi fəaliyyət göstərir və zaman keçdikcə, o, qaçılmaz olaraq dəyişir". Bu ssenari üzrə, şəhərsalma və müasir cəmiyyət arasında yaranan kommunikasiya problemlərinin vaxtlı-vaxtında, lakin çətin həllində, memarlığın mühüm rolunu dərk eləmək lazımdır.
DRA&U şirkətinin fəlsəfəsi –həyatda güc və rahatlıq təmin edən, təşkilatın konsepsiyasına uyğun gözəlliyin təşviqidir. Hazırda DRA&U Avropa, Şimali Afrika, Asiya və Cənubi Amerikanı əhatə edən bir çox ölkədə fəaliyyət göstərir.
Tədbir ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.
Tarix: 4 dekabr, 2018
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir