Ünvan
ARTIM LAYİHƏ MƏKANI
ÜNVAN:
İçəri Şəhər, Kiçik Qala küç. 5
Bakı, Azərbaycan, AZ1001
İŞ REJİMİ:
Çərşənbə axşamı - bazar: 12:00 > 20:00
ƏLAQƏ:
+994 12 505 1414
E-MAIL:
Xəritə16 Mar - 04 May 23
YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin yekun buraxılış sərgisini təqdim edir.
YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam Sabina Şıxlinskayanın rəhbərliyi ilə bir il müddətində müasir incəsənətin fundamental istiqamətləri üzrə multidistiplinar rəssamlar, incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçıları üçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyata keçirmişdir. Yekun nəticə olaraq, 27 tələbə proqramın müxtəlif incəsənət sahələrinə yiyələnərək, 3 fərqli buraxılış layihələrini hazırlamışdırlar.
Müasir dünyada əhəmiyyəti azalan ənənəvi sərhədlər, məna və dəyər itkisinə məruz qalır. Zaman və məkan cəhətdən yaxınlaşan dünyada qarşılıqlı asılılıqlar, mədəni gediş-gəlişlər sadələşir. Bu isə mənəvi aşınmalara, xalqların özünəməxsusluğunun itməsinə, mədəni eyniliklərə səbəb ola bilir. Qloballaşmanın gətirdiyi yaxınlığı həm də insanlar arasında mənəvi böhran, ünsiyyət əlaqələrinin kəsilməsi və yadlaşma hissi müşayiət edir. Babil 2.0, Keçmiş̧ nəsillərdən qalan izlər və Dərman arardım dərdiməsərgiləri həmin mövzuları araşdırır.
1-ci sərgi “Babil 2.0”
Tarix: 16-29 mart, 2023
Kurator: Çinar Balayeva
Layihə meneceri: Zemfira Şixlinskaya
Rəssamlar: Hüseyn Cəlilov, Ağaməli Əliyev, Nərgiz Əsgərova, Aysel Həsənova, Rövşən Hüseynov, Ülviyyə İman
“Babil 2.0” sərgisi – zaman və məkan məhdudiyyətlərinin azalması, sosial və mədəni oxşarlıqların artması fonunda dünyanın hələ də “qlobal şəhərə” çevrilə bilməməsi, insanların ortaq dil tapmamasının səbəblərini incəsənət vasitəsi ilə araşdırır.
Sərginin açılışı: 16 mart, 2023
Saat: 18:00
2-ci sərgi “Keçmiş̧ nəsillərdən qalan izlər”
Tarix: 6 – 16 aprel, 2023
Kurator: Aynur Abutalıbova
Layihə meneceri: İlkanə Səmədova
Rəssamlar: Fidan Hümbətli, Tamira İbrahimova, Fidan Nazim qızı, Nəcəf Öztürk, Alina Yusupova
Urbanizasiya və modernləşmənin gətirdiyi yeni həyat tərzində, fərdlərin və cəmiyyətin həyatında ənənəvi dünyagörüşləri, həqiqət və dəyər anlayışları dəyişməyə başlamışdır. Sosial yaddaş hamımızın gündəlik yaşadığımız işlək yaddaş olduğu halda, mədəni yaddaş keçmişimizlə əlaqə saxlayan yaddaşdır. Davranışlar, adət-ənənələr, mənəvi dəyərlər, bayramlar, folklor və inanclarımızın qarışığı olan mədəni yaddaşımız kimliyimizə təsir etməklə yanaşı, gələcək nəsillərə ötürülməsi baxımından da vacibdir. “Keçmiş̧ nəsillərdən qalan izlər” sərgisi milli kimliyimiz ilə bir başa əlaqəli olan Novruz bayramını işıqlandırır, təbiət ilə insan arasındakı əlaqəni, cəmiyyətdə gender və sosial rollar olmadan kollektiv yaşamı göstərməyə cəhd edir.
Sərginin açılışı: 6 aprel, 2022
Saat: 19:00
3-cü sərgi: “Dərman arardım dərdimə”
Tarix: 20 aprel – 4 may, 2023
Kurator: Bəxtiyar Əliyev
Layihə meneceri: Fidan Hüseynova
Rəssamlar: Səma Abdalova, Ayten Abdullayeva, Aygün Baxşiyeva, Dilarə Əli-zadə, Zaur Qəhrəmanov, Ceyran Mir-Qasım, Nərmin Nəsibova, Lenay Seidəli-zadə, Murad Vəliyev
İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin də mənbəyi bu uyğunsuzluqdur. “Dərman arardım dərdimə” sərgisi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq, kamilləşmə yolunu vurğulayır.
Sərginin açılışı: 20 aprel, 2023
Saat: 19:00
Sərgilərin ictimai proqramları üzrə moderatoru: Asim Adgözəl
Sərgilərin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00 – 20:00
Məkan: ARTIM Layihə Məkanı
Ünvan İçərişəhər, Kiçik Qala küç., 5